Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 5 nəfəri dələduzluq yolu ilə aldadan və bank kartlarından oğurluq edən 20 yaşlı P.Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun qanunsuz əməlləri nəticəsində zərərçəkənlərə 2235 manat maddi ziyan vurduğu müəyyən edilib.
P.Abbasovun digər analoji cinayətlərdə iştirak edib-etməməsinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.