Abşeronda evlərdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda Masazır qəsəbəsində 5 evdən ümumilikdə 1500 manat pul və 18.665 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Etibar Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.