5 Azərbaycan vətəndaşı bu ölkədən deportasiya olunur
17 yanvar 2025 10:36 (UTC +04:00)

5 Azərbaycan vətəndaşı bu ölkədən deportasiya olunur

Rusiyanın Stavropol diyarının Predqornı rayon məhkəməsi Rusiya miqrasiya qanunvericiliyini pozan 6 əcnəbiyə qarşı inzibati işlərə baxıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onların arasında beş Azərbaycan və bir Özbəkistan vətəndaşı da var.

Qeyd olunur ki, miqrantlar ölkədə icazə verilən qalma müddətini keçib və xarici vətəndaşların hüquqi statusu haqqında federal qanunu pozaraq, Rusiya Federasiyasının ərazisini vaxtında tərk etməyiblər.

Məhkəmə iclası zamanı bütün təqsirləndirilən şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsinin tələblərini pozmaqda təqsirli olduqlarını bildiriblər. Məhkəmə onları cərimələyib və barələrində Rusiyadan deportasiya qərarı çıxarıb.

Məhkəmə qərarları hələ qanuni qüvvəyə minməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar