Mingçevirdə meyiti tapılan kişinin ölüm səbəbi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 46 yaşlı Məmmədov Abir Nadir oğlu yaşadığı evdə dəm qazından boğulub. Onun bu səbəbdən öldüyü bildirilir
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Saat: 09:09
Mingəçevirdə evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 46 yaşlı Məmmədov Abir Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.