32 dişi çıxarılan  qadının ürəyi dayandı
14 oktyabr 2024 19:59 (UTC +04:00)

32 dişi çıxarılan qadının ürəyi dayandı

Moskva vilayətinin Odintsovo şəhər dairəsinin  59 yaşlı sakini 32 dişinin hamısı çıxarıldıqdan sonra ürək tutmasından dünyasını dəyişib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bütün yığılmış diş problemlərini bir anda həll etmək istəyən qadın evə gələndə huşunu itirib və bir daha özünə gəlməyib.

Bildirilir ki, bədbəxt hadisə bazar günü Hertsen adına qəsəbə sanatoriyasınga baş verib. Ümumi anesteziya altında bütün dişləri çıxarmaq üçün ağrılı prosedurdan sonra qadın evə qayıdıb.

O, ərinə deyib ki, narkoz vəziyyətini çox çətin keçiribb, ona görə də ağrıkəsici qəbul edib. Ona vəziyyətinin pisləşəcəyi xəbərdarlığı edilib və bu, nə onu, nə də ərini təəccübləndirməyib. Stomatoloji işçilər müştərini beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq “100 il ərzində beş səviyyəli zəmanətə” malik olduqlarına inandırıblar. Bu nə deməkdirsə, xəstə buna inanıb.

Bir neçə gündən sonra ona 430 min rubla (4500 dollara yaxın) implantlar qoyulmalı idi. Xəstə klinika ilə taksit planını razılaşdıra bilib.

Qadın tualetə gedəndə qəfil halı pisləşib. Kafelin üzərinə yıxılıb və əri dərhal təcili yardım çağırıb. Lakin həkimlər gələnə qədər bədbəxt qadın dünyasını dəyişib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5676
avatar

Oxşar yazılar