300-dək maşının rayonalra getməsinin qarşısı alındı
28 iyul 2020 13:45 (UTC +04:00)

300-dək maşının rayonalra getməsinin qarşısı alındı

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar ötən gün görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 540 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla ümumilikdə 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 15-i rayon, 25-i paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 115 avtomobil geri qaytarılıb, ümumilikdə 270 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2320
avatar

Mehman Nəbiyev

Oxşar yazılar