Yeni Moskvada üç ilə yaxın ağacda asılı vəziyyətdə qalmış insan cəsədi tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bazar ertəsi günortadan sonra Sportbaza kəndi yaxınlığında dəhşətli tapıntı aşkar edilib.
İpdən asılmış kişinin çürümüş meyiti yerli sakin tərəfindən aşkarlanıb. Meyit təxminən 10 metr hündürlükdə olub. Onun bəlkə də belə hündürlükdə qalmasına görə 3 il diqqət çəkmədiyi ehtimal edilir.
Araşdırma aparılır.