25 yaşlı oğlan 720 dərəcə isti quyuya düşdü
29 iyul 2024 19:03 (UTC +04:00)

25 yaşlı oğlan 720 dərəcə isti quyuya düşdü

İsveçrənin Sankt-Qallen şəhərindəki alüminium zavodunda az qala faciə ilə nəticələnən dəhşətli hadisə baş verib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı gənc elektrik işçisi temperaturu 720 °C-ə çatan ərimiş alüminium lyukunun içinə düşüb. Hadisə zamanı isti maye kütləsi gənc oğlanı dizinə qədər yandırıb. O, dözülməz ağrı və sarsıntıya baxmayaraq, təkbaşına çəngəldən çıxa bilib.

Hadisə yerinə təcili tibbi yardım və həkimlər gəlib. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən və vəziyyəti stabilləşdirildikdən sonra təcili tibbi yardım maşını onu ən yaxın xəstəxanaya çatdırıb. Həkimlər onun xəsarətlərini bədəninin böyük bir hissəsini əhatə edən geniş yanıqlar kimi qiymətləndiriblər. 

Polis bu dəhşətli hadisəyə səbəb olan şəraitlə bağlı araşdırmalara başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Arzu Qurbanlı

Oxşar yazılar