Başqırdıstanda sürücülük vəsiqəsi olmayan sərxoş qız avtomobili qaçıraraq qəza törədib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Başqırdıstanın Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, qız avtomobili hadisədən bir qədər əvvəl tanış olduğu kişidən qaçırıb.
Müəyyən edilib ki, 24 yaşlı qız sərxoş halda başqasının avtomobilini özü idarə etmək qərarına gəlib. Sürücülük vəsiqəsi və sürücülük bacarığı olmadan oğurluq edərək iki avtomobilə çırpılıb. Xəsarət alan yoxdur.
Qeyd olunur ki, 24 yaşlı qız sakini saxlanılıb. Onun barəsində cinayət işi başlanıb.