Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qazançı kəndində qeydə alınıb.
2002-ci il təvəllüdlü Mahir Sarıyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə M.Sarıyev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.