2 evdən 11 min manat oğurlayan  TUTULDU
12 avqust 2024 15:19 (UTC +04:00)

2 evdən 11 min manat oğurlayan TUTULDU

Paytaxt ərazisində evlərdən birinin həyətinə etdiyi hüquqazidd əməldən yayınmaq məqsədi ilə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər dəfələrlə məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb. Davam etdirilən araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub. 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Fidan İlqar

Oxşar yazılar