Limak.az Ozon.com  ilə rəsmi əməkdaşlığa başladı
12 avqust 2024 13:00 (UTC +04:00)

Limak.az Ozon.com ilə rəsmi əməkdaşlığa başladı

Rusiyanın ən böyük “e-ticarət” platformalarından biri olan “Ozon.com” ilə Limak.az karqo şirkəti rəsmi əməkdaşlığa başlayıb.

Bu yeni əməkdaşlıq sayəsində Rusiyadan məhsul sifariş etmək istənilən bank kartı vasitəsilə həm rahat, həm də sürətli və daha asan olacaq.

Elektronika, geyim, məişət texnikası, kitab, dəftərxana ləvəzimatları və digər məhsulları sifariş edib, bağlamalarınızın Rusiyadan güvənli və sürətlə çatdırılmasını Limak.az komandasına həvalə edin.

Bütün sifarişlərinizi birbaşa ünvana, Limak.az anbarlarından və ya kuryerlərdən təhvil ala bilirsiniz.

Hazırda Limak.az 100-dən çox məntəqəni “OZON.com”-dan verilən sifarişlər üçün “Gəl al nöqtəsi” olaraq xidmətinizə verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar