İlin ən yaxşı avtomobilləri  seçildi
12 avqust 2024 08:37 (UTC +04:00)

İlin ən yaxşı avtomobilləri seçildi

Avtomobil dünyasının ən nüfuzlu tərbirlərindən olan “World Car Awards” (Dünya Avtomobil Mükafatları) başa çatıb.

Lent.az xəbər verir ki, bütün dünyadan 100-dən çox münsiflər heyətinin iştirak etdiyi tədbirdə dünyanın ən keyfiyyətli avtomobilləri yarışıb.

Tədbirdə 2024-cü ildə seçilən dünyanın ən yaxşı avtomobilləri aşağıdakılardır:

İlin avtomobili mükafatı: Kia EV9

Təşkilatın ən böyük mükafatı olan "Dünyada İlin Avtomobili Mükafatı" Kia-nın elektrikli modeli EV9-a verildi.

İlin ən yaxşı elektrikli avtomobili mükafatı: Kia EV9

Bu model ilin avtomobili mükafatı ilə yanaşı həm də ilin ən yaxşı elektrikli avtomobili mükafatını qazanıb.

İlin ən yaxşı avtomobil dizaynı mükafatı: Toyota Prius

Finala “Ferrari Purosangue” və “Ford Bronco” ilə qalan və öz üslubu ilə seçilən Toyota Prius, ilin ən yaxşı avtomobil dizaynı mükafatını qazanıb.

İlin ən yaxşı lüks avtomobili mükafatı: BMW i5

Lüks avtomobillər dediyimiz zaman ilk ağıla gələn markalardan biri olan BMW bu il də reytinqini qoruyub saxlayıb.

İlin ən yaxşı performanslı avtomobili mükafatı: Hyundai IONIQ 5N

Avtomobil həvəskarlarının daha yaxından izlədiyi performans kateqoriyasının qalibi bu il “Hyundai” tərəfindən təqdim olunan "ötürücülərin dəyişməsinin səsini duyun,  sürətlənməni eşidin" devizi ilə IONIQ 5N olub.

İlin ən yaxşı şəhər avtomobili mükafatı: Volvo EX30

Tədbirin bir digər SUV qalibi də Volvo EX30 oldu. 2024-cü ilin Dünya Avtomobil Mükafatlarının parlayan ulduzlarından biri olan EX30 üç fərqli kateqoriyada finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar