Azərbaycanda kartof yığan  kişi öldü
12 avqust 2024 09:24 (UTC +04:00)

Azərbaycanda kartof yığan kişi öldü

Tovuz rayonunda ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Şahbaz İsaq oğlu Haqverdiyev kartof yığarkən qəfildən ölüb.

Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal edilir. 

Faktla bağlı Tovuz rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Arzu Qurbanlı

Oxşar yazılar