Zaqatalada bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, avqustun 12-də gecə saat 01 radələrində Zaqatala rayonunun Fındıqlı kəndində 1990-cı il təvəllüdlü Amid Şabanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 31 yaşlı Taleh Xəlilova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Şabanov saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə iştirakçılarının hər ikisi əvvəllər məhkum olunub.