Xatirə İslam izləyicilərinə 100 manat  payladı
12 avqust 2024 10:13 (UTC +04:00)

Xatirə İslam izləyicilərinə 100 manat payladı

Müğənni Xatirə İslam maraqlı paylaşımı ilə diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, o öz sosial şəbəkə hesabında “lotoreya” oyunu keçirib.

Belə ki, müğənni izləyicilərinə özü ilə bağlı sual ünvanlayıb. “Ən sevmədiyim ev işi hansıdır” sualına düzgün cavab yazan istifadəçilərə 100 manat verəcəyini bildirib. 

İfaçı bildirib ki, ünvanladığı suala rekord sayda reaksiya gəlib.

Yalnız iki izləyici doğru cavab verib. Müğənni hər iki abunəçisinə 100 manat verəcəyini bildirib. 

Xatirənin təşkil etdiyi oyunda yüzlərlə izləyici iştirak edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar