Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 14-də fövqəladə iclası keçiriləcək.
Lent.az-ın xəbərinə görə, bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində məlumat verib. O Afrikada artıq epidemiya şəklini almış meymunçiçəyi xəstəliyi ilə bağlı həyəcan təbili çalıb.
ÜST-nin məlumatına görə, Konqo Demokratik Respublikasında iki ildir ki, meymunçiçəyi epidemiyası davam edir və o, qonşu ölkələrə də keçə bilər.
Qeyd edək ki, meymunçiçəyi virus infeksiyasıdır. Xəstəlik tomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq şəklində ilk əlamətlərlə özünü göstərir.