Rusiyanın paytaxtı Moskvada 19-cu mərtəbədən yıxılan gənc qız avtomobilin üzərinə düşüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Novqorodskaya küçəsində baş verib. Şahidlər çoxmərtəbəli binanın həyətində güclü gurultu eşidiblər.
Qızın cəsədi avtomobillərdən birinin damına düşüb.
Ölən şəxsin kimliyi müəyyən edilməyib.