Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev dünən təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.