16 yaşlı qızdan  TÜKÜRPƏDİCİ ƏMƏL:   Tualetdə doğduğu uşağı boğdu, özü isə...
05 oktyabr 2021 23:10 (UTC +04:00)

16 yaşlı qızdan TÜKÜRPƏDİCİ ƏMƏL: Tualetdə doğduğu uşağı boğdu, özü isə...

7

Kirovda 16 yaşlı qız küçədəki tualetdə uşaq dünyaya gətirib və sonra boğaraq öldürüb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, yeniyetmə bir neçə gün sonra qanaxmadan özü də ölüb. 

Məlumata görə, anası qızının hamilə olduğunu biləndə, yeniyetməni klinikada qeydiyyata aldırmayıb və qadın məsləhətxanasına aparmayıb.

16 yaşlı qız evinin yanındakı tualetdə doğub, sonra körpəni üzünü aşağı çevirərək yastıqla boğub. Yeni doğulan körpə küçəyə atılandan sonra qızda güclü qan axma başlayıb.

Mənbənin bildirdiyinə görə, üç gün ərzində yeniyetmə ağrılar çəkib və anası həkimlərə müraciət etməyib. Qızı həyat əlamətləri göstərməyi dayandıranda qadın təcili yardım çağırıb. Həkimlər qızın ölümünü elan ediblər.

"Yeniyetmənin anası, sadəcə hay-küy düşəcəyindən qorxub, buna görə təcili yardım çağırmayıb, qanaxmanı özbaşına dayandırmağa çalışıb", - mənbə deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 6464

Oxşar yazılar