İndoneziya məhkəməsi izdihamda 135 nəfərin ölümünə səbəb olan futbol oyununın təşkilatçısını təqsirli bilib və 18 ay həbs cəzasına məhkum edib.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, stadionun mühafizə rəisi də günahkar bilinərək bir il müddətinə azadlıqdan məhrum edilib və bir neçə polis əməkdaşına da ittiham irəli sürülüb.
Faciə 2022-ci il oktyabrın 1-də “Arema” və “Persebaya” futbol komandaları arasında 2:3 hesabı ilə başa çatan oyundan sonra baş verib. Uduzan klubun azarkeşləri meydançaya qaçıblar və polis gözyaşardıcı qazdan istifadə edib. Çaxnaşma nəticəsində 135 nəfərin öldüyü, bir neçə yüz nəfərin yaralandığı izdiham başlayıb.