Başqırdıstanın Birsk şəhərində 12 yaşlı qız intihar edib. Bundan əvvəl o, intiharı ilə bağlı 10 qeyd yazıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, altıncı sinif şagirdi anası və nənəsi ilə firavan ailədə böyüyüb. Yaxşı oxuyub, heç kimlə mübahisə etməyib.
Yanvarın 23-də səhər saat 11 radələrində qız dərsə gedib və evə qayıdıb. Eyni zamanda yaxınları onun yaxşı əhval-ruhiyyədə olduğunu qeyd edirlər. Yerli vaxtla saat 16.00-da məktəbli qızı tək qoyaraq iş üçün yola çıxan ailə üzvləri geri qayıdanda onu yerdə uzanmış vəziyyətdə görüblər. Yeniyetmə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Daha sonra polis mənzildə on intihar qeydi tapıb: anası, atası, nənəsi, əmisi və bir neçə sinif yoldaşından bağışlamasını istəyib.