Hindistanda həyatının üçdə birini həbsxanada keçirən 104 yaşlı şəxs azadlığa çıxıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Rasikt Mondal 1988-ci ildə qardaşını torpaq mübahisəsinə görə öldürməkdə ittiham edilərək həbs cəzasına məhkum edilib. O, bir il müddətinə girov müqabilində sərbəst buraxılıb, lakin Hindistan məhkəmələri onun azadlığa buraxılma tələblərini rədd etdikdən sonra yenidən həbsxanaya qayıdıb.
“Neçə il həbsdə yatdığımı xatırlamıram. Sanki heç bitməyəcəkdi. Məni bura nə vaxt gətirdiklərini belə xatırlamıram”, - o deyib.
Qohumları və saxlandığı cəzaçəkmə müəssisəsinin əməkdaşları onun 104 yaşında olduğunu təsdiqləyiblər.
“İndi azad olduğum üçün özümü tamamilə öz istəklərimə - həyətdəki kiçik bağdakı bitkilərə qulluq etməyə həsr edə bilərəm. Ailəm və nəvələrim üçün darıxdım. Mən onlarla olmaq istəyirəm”, - kişi vurğulayıb.