Oğlu oğurlanmış azərbaycanlı ata mafiyanın dəhşətlərindən danışır - TƏFƏRRÜAT
Balakənin Katex kənd sakini Qazaxıstanda işlədiyi ticarət mərkəzindən zəhmət haqqını ala bilmirmiş. Bir neçə dəfə pulunu tələb edən İsmayıl Musayevdən sonradan bir xəbər alınmayıb. Beynəlxalq orqan mafiyasına bağlılığı olan və üzvlərinin çoxu İnterpol axtarışında olan qanunsuz dəstə tərəfindən gecə saatlarında oğurlanan İ.Musayev və onunla bərabər olan bir neçə azərbaycanlıdan bu günədək xəbər yoxdur. Onların taleyi sual altında qalıb. İ.Musayevin atası Ramazan Musayev olayla bağlı şok təfərrüatları “Yeni Müsavat”a danışıb.
O bildirib ki, Qazaxıstandakı mafiya tərəfindən oğurlanan oğlunun taleyindən narahatdır.
“Nə öldüyünü, nə qaldığını bilirik. Oğlum işləmək üçün Qazaxıstana getmişdi. Ticarət mərkəzlərindən birinin direktorunun yanına gedib. Oğlum o adam üçün iş görüb, ancaq pulu ala bilməyib. İkinci dəfə oğlumun ora getməyinin məqsədi pulunu istəmək olub. Ancaq o vaxtdan yoxa çıxıb. Biz məlumat alan kimi Qazaxıstanın daxili işlər nazirinə, Oktava vilayətinin daxili işlər şöbəsinə, prokurorluğa və digər hüquq-mühafizə orqanlarına rəsmi ərizə ilə müraciət etdik. O vaxt xarici pasportum olmadığından yaxın adamlarımdan ibarət bir neçə nəfər Qazaxıstana gedib rəsmi şəxslərlə görüşdülər. Sonra məlum oldu ki, oğlumu oğurlayan şəxs onu yanına iş adı ilə çağırıb, hansı ki, həmin gün bazar günü olub. Bazar günləri isə ticarət mərkəzi işləmirmiş. Onun məqsədi oğlumu ona çatacaq pulu qəti şəkildə tələb etməməsi üçün oğurlamaq olub və bu məqsədinə də nail olub”.
Sonradan istintaqın gedişində məlum oldu ki, həmin ticarət mərkəzinin direktoru Nurqayev Murat Xocamarat oğlu əvvəllər də insan oğurluğu ilə məşğul olub. Üstəlik, onun orqan mafiyasının üzvü olduğu ortaya çıxıb: “Bu şəxs əvvəllər Rəmzi adlı bir Bakı sakinini də girov götürüb. O adamı tapıb Oktava vilayətindən müstəntiqləri dəvət etdik. Eləcə də Qazaxıstandan cinayət-axtarış üzrə bir neçə mütəxəssis gəlmişdi. Kiçik oğlum girovluqda olmuş Rəmzini tapdı və onlar Bakıdan kənarda Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşdü. Rəmzi Gürcüstanda doğulub, hazırda Bakıda yaşayır. Söhbət zamanı Rəmzi etiraf edib ki, onu da Qazaxıstanda bir müddət girovluqda saxlayıblar, döyüb işgəncə veriblər. Ancaq Rəmzi nədənsə Muratın yox, onun dostunun adını çəkib. Bu məsələdən bir neçə gün sonra oğlumu oğurlayan Murat Rəmziyə zəng edərək sorğu-sualda onun adını hallandırmadığına görə minnətdarlığını bildirib. Vaxtilə ona verilən işgəncəyə görə üzrxahlıq edib, onu yenidən yanına çağırıb gələcəyi təqdirdə yaxşı iş və pulla mükafatlandıracağını bildirib. Bunu telefon danışıqları da sübut edir. Bu faktlar diskə köçürülmüş şəkildə Qazaxıstanın istintaq orqanlarındadır”.
R.Musayev deyir ki, oğlunun taleyindən narahat olduğu üçün qısa zaman içində pasport alaraq Qazaxıstana gedib: “Orada mafiyanın rəhbəri Murat tərəfindən oğurlanmış özbəklərlə söhbət etdim. Onların istintaqa vaxtilə verdiyi izahatlarla tanış oldum. Ancaq bu məsələ mənə çox baha başa gəldi. Oktava vilayəti cinayət-axtarış bölməsinin rəisi, polkovnik Amandir Mukaşov bu məsələdə təkbaşına fakt topladığımı görüb həbsim üçün order yazdı, sənədlərimi və pulumu aldı. Fürsətdən istifadə edib departamentdəki arxa qapıdan qaçdım. Şəhərin kənarında “Bakı” restoranı vardı, onun yaxınlığındakı binada bir neçə gün gizlənməli oldum. Çünki sənədlərimi və pulumu əlimdən almışdılar. Qazaxıstandakı Azərbaycan diasporunun nümayəndəsi Eldar Məmmədova kömək üçün müraciət etdim. O, məni rədd etdi. Dedi vaxtı yoxdu. Sonradan Oktava vilayətinin departament rəisinin müavini Aslan adlı şəxs müraciətimə əsasən mənə kömək etdi. Oktavada Daxili İşlər İdarəsində tanımadığım bir polkovnik mənə yaxınlaşıb dedi ki, biz iki dəfə Muratın girov saxladığı yerləri müəyyən etmişik, ancaq içimizdəki polislərdən ona işləyənlər var, onlar əməliyyat barədə öncədən məlumat verir. Murat da dərhal girovların yerini dəyişir və biz onları tapa bilmirik. O polkovnik bunu da dedi ki, Murat ən çox azərbaycanlı, özbək və tacikləri oğurlayır".
Ramazan Musayev deyir ki, ona Azərbaycanda çox yüksək postda əyləşmiş bir nəfərin telefon nömrəsini verib deyiblər ki, yalnız bu adam sənə kömək edə bilər: “Zəng edib o adamla danışdım və dediyi vaxt qəbuluna getdim. Həmin şəxs məni dinləyəndən sonra dedi ki, narahat olmağa dəyməz, get evinə, sənin oğlunu geri qaytaracağam. Mən həmin şəxsin qəbulunda olanda o, Moskvaya zəng edib kiminləsə rusca danışdı və onu təcili Bakıya çağırdı. Dedi ki, iş var, həll etmək lazımdır. O məmur eyni zamanda həm Çelyabinskə, həm də Omska zəng edib kimlərisə təcili Bakıya çağırdı. Mən geri, Balakənə döndüm. Bir həftədən sora həmin şəxs mənə zəng edib dedi ki, narahat olma, oğlunu tapmışıq, indi özü sənə zəng edəcək. Ancaq oğlumdan zəng gəlmədi. On gündən sonra o adama təkrar zəng etdim. O, təəccüblə soruşdu ki, niyə oğlun zəng etməyib. Əlavə 10 gün də vaxt istədi. Bu vaxt bitəndən sonra yenidən onunla görüşdüm, bu dəfə görüşümüz çox soyuq alındı və hiss etdim ki, o, məni başından etmək istəyir”.
R.Musayev sonda bildirdi ki, məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubovun qəbulunda olub: “Usubovla görüşdə ölkənin bütün hüquq-mühafizə orqanlarına göndərdiyim teleqramları, poçt sənədlərini göstərib soruşdum ki, bu vaxta qədər bu istiqamətdə niyə bir iş görülməyib? Cənab nazir bildirdi ki, ora başqa ölkə olduğu üçün gücləri çatmır. Mən nazirin bu cavabına qəti etiraz edib dedim ki, bəs xaricdə olan vətəndaşlarımızın təhlükəsizliyinə, sağlamlığına kim cavabdehdir. Niyə diaspor təşkilatları, oradakı səfirliyimiz belə məsələlərdə vətəndaşlarımıza kömək etmir? Nazirin diqqətinə çatdırdım ki, sənədlərim və pulum əlimdən alınanda mən günlərlə ac-susuz Oktava vilayətində xarabalıqlarda yaşamışam. Qazaxıstan hüquq-mühafizə orqanlarında çalışan yüksək səlahiyyət sahibləri mənə demişdi ki, Qazaxıstan Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna ya sizin daxili işlər naziriniz, ya da baş prokurorunuz zəng edib bu məsələni desin, biz də bu məsələni birbaşa prezidentə məruzə edib ondan əməliyyat üçün razılıq alaq”.
Oğlu yoxa çıxan ata dedi ki, yeganə ümidi prezident İlham Əliyevədir. O, problemlə bağlı ölkə başçısına məktub yazıb, ondan kömək istəyir.
(musavat.com)

734