FHN Siyəzəndəki yanğınla bağlı növbəti məlumatı yayıb
03 avqust 2011 19:19 (UTC +04:00)

FHN Siyəzəndəki yanğınla bağlı növbəti məlumatı yayıb

0
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndəki yanğınla bağlı növbəti məlumatı yayıb.


Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Siyəzən rayonunda, dağlıq ərazidə otlaq və kol-kos sahəsinin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olması barədə məlumat daxil olub. Nazirliyin 200 nəfərdən çox canlı qüvvəsi və 14 ədəd texnikası, o cümlədən 3 helikopteri və 1 ədəd Be-200 markalı Amfibiya təyyarəsi hadisə yerinə cəlb edilib. Yaxınlıqda yerləşən fermalar və meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Son məlumata görə, yanğının ümumi sahəsi təxminən 700-800 ha təşkil edir. Küləkli hava şəraitinə baxmayaraq, nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının qarşısı alınıb və hazırda söndürülmə işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 513

Oxşar yazılar