Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Kollegiyada məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə Respublika Prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında respublikada qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, seksual xarakterli zorakılıq hərəkətləri, dələduzluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 12139 cinayətin 82,2 faizi açılması təmin edilib.
Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2011-ci ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Gəncə şəhəri üzrə 2, Zaqatala, Neftçala, Lənkəran və Ağdam rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.

436