Bu il Hərbi Prokurorluğun təhqiqat orqanlarında 37 cinayət işi başlanıb
APA-nın məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğundan bu gün keçirilən kollegiya iclasında bildirilib. Respublika Hərbi Prokurorluğunun təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 73 yoxlama keçirilib, nəticədə 965 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 166 təqdimat göndərilib, 68 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 58 yazılı göstəriş verilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 30 apelyasiya protestinin 47 faizi təmin olunub.
2011-ci ilin birinci yarısında hərbi prokurorluq orqanlarında vətəndaşların 1137 müraciətinə baxılıb, 1789 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilib.

424