Bacısını evdən qovan yeznəsini qətlə yetirdi
İyulun 28-də daha bir qətl hadisəsi Yevlax rayonunda baş verib. Yevlax rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Tərtər rayon sakini Vüsal Nəsirov Yevlax rayonunun Hürüuşağı kənd sakini Rəşad Musayevin evində olarkən ailə münaqişəsi zəminində ona bıçaqla 2 xəsarət yetirib. R.Musayev xəstəxanaya aparılarkən yolda ölüb.
V.Nəsirov könüllü olaraq Yevlax RPŞ-yə gələrək istintaqa təslim olub. Şöbədən həmçinin bildiriblər ki, R.Musayevi öldürən şəxs onun qaynıdır. V.Nəsirovun bacısı R.Musayevin ikinci həyat yoldaşıdır. O, birinci arvadından bir müddət əvvəl ayrılıb. Lakin bir müddət sonra Rəşad keçmiş arvadı ilə barışıb və bu dəfə V.Nəsirovun bacısını evdən qovub. Bacısının bu vəziyyətdə Tərtərə qayıtdığını görən qardaş bunu qəbul edə bilməyib və məsələni bu yolla həll etmək qərarına gəlib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

512