Rusiyada 7 azərbaycanlının istintaqı başa çatıb
APA-nın məlumatına görə, Rusiya Təhqiqat Komitəsinin Peterburq üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, dəstə üzvləri şəhərin müxtəlif bazarlarında Azərbaycandan olan ticarətçilərin sahibkarlıq fəaliyyəti üzərində kriminal nəzarət həyata keçiriblər. Qruplaşmanın 2003-2009-cu illərdə yeddi qətl hadisəsi törətdiyi müəyyənləşib. Öldürülənlər arasında qruplaşma üzvləri ilə yanaşı, iş adamları da var.
İstintaq qrupu cinayətkar dəstənin izinə 2009-cu ilin aprelində azərbaycanlı qadının qətlinə dair təhqiqat zamanı düşüb. Bədənində güllə yaraları aşkarlanan 21 yaşlı qızın meyiti Leninqrad vilayətinin Vsevoljsk rayonunda tapılıb. Öldürülən qızın cinayətkar dəstənin pul tələb etdiyi iş adamının qızı olduğu müəyyənləşib. İş adamı pul verməkdən imtina etdiyinə görə dəstənin başçısı Murad Məmmədov iş adamını cəzalandırmaq üçün qızını oğurlayaraq öldürməyi tapşırıb. İki gün sonra isə izi itirmək üçün qızı öldürmüş cinayətkar da qətlə yetirilib. Maraqlıdır ki, öldürülən 21 yaşlı qız cinayətkar dəstənin başçısının qohumu olub.
Vladimir Markin ittiham olunan şəxslərin cəzadan qaçmaq üçün müxtəlif üsullara əl atdığını da deyib. Müstəntiqə rüşvət vermək istəyən daha bir Azərbaycan vətəndaşı xüsusi əməliyyat zamanı həbs olunub. Cinayət işi 40 cilddən ibarətdir, təhqiqat dövründə 50 şahid dindirilib, 20 axtarış aparılıb, 130 ekspertiza təyin olunub.

523