Kişi nəvələrinin gözü önündə arvadını və oğlunu qanına qəltan etdi
İyulun 26-da Cəlilabad rayonunda qanlı hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kazımoba kənd sakini, 1953-cü il təvəllüdlü Abdullayev Əzim isbat oğlu həyat yoldaşı, 1958-ci il təvəllüdlü Abdullayeva Gülşən Ədil qızını və oğlu, 1977-ci ildə anadan olmuş Elçini bıçaqlayıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ailə üzvlərini bıçaqlayan kişi isə saxlanılıb.
Verilən məlumatda bildirilir ki, hadisəyə ailədə yaranmış ikitirəlik səbəb olub. Bir müddət əvvəl evlənən ailənin oğlu atasına problemlərini həll etməkdə və təsərrüfat işlərində kömək etmirmiş. Kişinin narazılıqları isə tez-tez dava-dalaşın düşməsinə gətirib çıxarırmış. Bundan sonra isə onun həyat yoldaşı da oğlunun tərəfini tutmağa başlayıb və Ə.Abdullayev doğmalarından təcrid olunub. Onun bildirdiyinə görə, daha öz məişət işlərini də özü görürmüş. İyulun 26-da isə narazılıqlar son həddə çatıb və ailədə sözünü keçirə bilməyən 58 yaşlı kişi bıçağa əl atıb. O, nəvələrinin gözü qarşısında arvadını və oğlunun qanını töküb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA

445