Rusiyada FHN müfəttişini öldürən azərbaycanlı həbs olunub
Lent.az-ın “Vladivostok Xəbərləri” qəzetinin saytına istinadən verdiyi məlumata görə, yerli milis tərəfindən bir aydır aparılan əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 24 yaşlı Bəhridin Muradov həbs olunub.
Məlumatda qeyd olunub ki, iyunun 29-da Rusun adasında obyektlərin tikintisində iştirak edən təxminən 5 nəfər azərbaycanlı Paris qəsəbəsi yaxınlığındakı çimərlikdə spirtli içki qəbul edib. Bu zaman əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli qurumunun 34 yaşlı müfəttişi onları bu hərəkətlərinə görə tənbeh edib. Müfəttişin hərəkətindən qeyzlənmiş azərbaycanlılar isə bunun müqabilində ona hücum edərək döyməyə başlayıb. Aldığı xəsarətlərdən FHN işçisi xəstəxanada dünyasını dəyişib.
Hazırda cinayəti törətmiş digər şəxslərin axtarışı gedir.
Ramiz

427