Lənkəranda məscidin qarşısında dava salanlara hökm oxunub
25 iyul 2011 18:11 (UTC +04:00)

Lənkəranda məscidin qarşısında dava salanlara hökm oxunub

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Nəzər Sadıqov 13 il, Elvin Mirzəyev 13 il, Həsən Adəmzadə 11 il 6 ay, Arif Feyzullayevin 4 il 6 ay, Miri Miriyev 4 il, Orxan Dəyyazov 2 il, Emil Bayramov 1 il 6 ay, Ramin Hümbətovun isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Məlikağa Məlikli və Sadiq Həsənovun barəsində isə 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.


Qeyd edək ki, məlum hadisə ötən il sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.


Prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini elan olunmuş ittiham üzrə təqsirli bildiklərini deyiblər. Onlar hadisənin təsadüf nəticəsində baş verdiyini bildiriblər. Təqsirləndirilən şəxslər ifadələrində göstəriblər ki, hadisə yerinə Qumbaşıdan olan bir neçə nəfərlə aralarında olan münaqişəyə aydınlıq gətirmək üçün gəliblər. Lakin zərərçəkmiş şəxslərin məsələyə müdaxiləsi hadisənin baş verməsinə səbəb olub. Münaqişəyə səbəb isə Qumbaşıdan olan bir neçə şəxsin təqsirləndirilən şəxslərin yaşadıqları ərazidə avtomobili yüksək sürətlə sürməsi və dava salmaları göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar