İntim görüntüləri yayılan Hacıxanımın qisas planı - CİNAYƏT İŞİ
Haqqında yazacağım cinayət hadisəsi 2010-cu ilin iyulunda baş verib. İlin ən səsli-küylü cinayətlərindən olan bu olay Abşeron rayonunda yaşanıb. Belə ki, həmin il iyulun 14-də rayonun Qobu qəsəbəsində Şuşa şəhərində anadan olmuş 1954-cü il təvəllüdlü Ağayev Elxan Fəxrəddin oğlu güllələnib. Bel nahiyəsindən ağır xəsarət alan Elxanın həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu cinayətin sifarişçisi və icraçısı olan biri qadın olmaqla 5 nəfər həbs edilib.
Lent.az bu cinayətdə ittiham olunan şəxslərin cinayət işini təqdim edir.
Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Elxan Ağayevi öldürməyə cəhddə ittiham olunan 1973-cü il təvəllüdlü Hacı Töhvə Məmmədova (O, Həcc ziyarətində olaraq Hacıxanım adını qazanıb), Əhməd Cəfərov, Vüqar Qasımov, İlqar Hacıyev və Möhsini Fərhad həbs olunublar.
Aparılan istintaqla müəyyən olunub ki, Elxan Ağayevi öldürməyi Töhvə Məmmədova sifariş verib. Bizneslə məşğul olan Töhvə Məmmədova münasibətdə olduğu Elxan Ağayevin onu hədələyərək böyük məbləğdə pul tələb etməsindən bezərək onun qətlini sifariş vermək qərarına gəlib.
Falçı, Hacı, biznesmen və məşuqə...
İndi gələk T.Məmmədovayla E. Ağayevin ilk tanışlığına...
Əvvəllər fala baxmaqla məşğul olan Töhvə Məmmədovayla Elxan Ağayevin münasibətləri 2006-cı ildən yaranıb. Elxanın həyat yoldaşı Töhvənin yanına bir neçə dəfə fala baxdırmağa gəlir. Bu gedişlə iki ailə arasında dostluq münasibətləri yaranır. Elxan Töhvənin həyat yoldaşı, qayınatası ilə dostluq eləməyə başlayır. Ailələrin dostluğundan başqa həm də Töhvə ilə Elxan arasında sevgi münasibətləri yaranır.
Bir oğul anası olan Töhvə iki oğul atası Elxanla gizli görüşməyə başlayır. Onlar evdən kənar yerlərdə görüşürlər.
Bir müddət sonra Töhvə pal-paltar və parfümeriya biznesi ilə məşğul olmağa başlayır. Onun biznesdə belə demək mümkünsə əli gətirir. Elxan isə aralarındakı münasibətdən istifadə edərək Töhvənin var-dövlətindən yararlanmağa başlayır. Qadın onu Aran rayonlarının birində ip əyirmə və pambıq zavoduna müdir vəzifəsinə işə düzəldir. Lakin Elxan bununla kifayətlənmir. Məşuqəsinin varlandığını görən məşuq-müdir ondan daha çox şey tələb etməyə başlayır. İlk əvvəl Töhvə etirazsız-filansız ona yardım edir. Daha sonralar isə qadın Elxanın ondan istifadə etdiyinin fərqinə varır. Kişi növbəti istəyini deyəndə Töhvə etirazını bildirir. O, Töhvəyə aralarındakı olan münasibəti ərinə və qohum əqrəbalarına deyəcəyini bildirir. Elxan Töhvəyə “Hacıxanım, səni qohum-əqrəba içində biabır edərəm” deyərək onu hədələyir. Beləliklə, qadın Elxanın dediklərindən qorxuya düşərək hər dediyini yerinə yetirir. O, hər ay Elxana əldə etdiyi gəlirdən 1000 manat verir.
Aşiqlə məşuqun müqəddəs ziyarəti: bu dəfə ailəvi!
Lakin Elxan Töhvədən daha çox pul istəyir, daha doğrusu tələb edir. Töhvənin ailəsini Həcc ziyarətinə göndərmək istədiyini öyrənən Elxan qadından onun da ailəsini müqəddəs ziyarətə aparmasını tələb edir. Əks təqdirdə aralarında olan münasibəti ərinə deyəcəyini söyləyir. Çıxılmaz vəziyyətdə qalan Töhvə Elxanı, həyat yoldaşı, iki oğlu və baldızını təyyarə ilə Həcc ziyarətinə göndərməsindən ötrü sənədləri düzəltmək üçün ona 17500 manat pul verir. Töhvə Elxanın Həcc ziyarətindən sonra daha onu hədələməyəcəyini düşünür.
Töhvə və Elxanın ailəsi heç nə olmamış kimi Həcc ziyarətinə gedirlər. Ziyarətdən qayıdandan sonra Töhvə Elxanla münasibətlərini kəsmək istəyir. Lakin Elxan buna razı olmur. O, Töhvəni hədələyərək onunla birlikdə olmağa davam edir.
Məşuqədən məşuqa 200 000 manatlıq ev hədiyyəsi...
2008-ci ildə Töhvənin biznesi genişlənməyə başlayır. Onun gəlirlərinin sürətlə artdığını görən Elxan bundan daha çox yararlanmaq fikrinə düşür. Günlərin birində Elxan Töhvənin Qobu qəsəbəsində özünə üçmərtəbəli ev tikdirdiyini öyrənir. Məşuq qadını məcbur edərək ona da həmin ölçüdə ev tikdirməsini tələb edir. Töhvə o qədər pulunun olmadığını bildirir. Elxan onu yenə hədələməyə başlayır. Töhvə yenə qorxaraq, onun bu tələbini də yerinə yetirir. Elxana Qobu qəsəbəsində dəyəri 3000 manata yaxın torpaq sahəsi alır. Həmin torpaqda ona ev tikdirməyə başlayır. Evin tikintisi zamanı Töhvə Elxandan bundan artığına gücü çatmadığını söyləyir. Evin davamını onun özünün tikməsini istəyir. Elxan ona “elə eləmə ki, səni el-oba içində biabır edim, sən, ərin ola-ola mənimlə gəzirsən” deyərək onu hədələyir. Çıxılmaz vəziyyətdə qalan Töhvə onun evini tamamilə özü tikdirir. Həmin evin tikilməsinə 200 000 manata yaxın pul xərcləyir.
1000 manatıq telefonla çəkilən intim görüntülər
Elxan Töhvənin günü-gündən varlandığını görüb, başqa planlar barədə fikirləşir. Beləliklə, 1000 manatlıq mobil telefonla (həmin telefonu qadına məcburi aldırıbmış) onunla intim əlaqədə olduğu zaman videoya çəkmək qərarına gəlir. O, bu cür şantaj üsulu ilə Töhvəyə bundan sonra da nə istəsə elətdirə biləcəyini fikirləşir.
Plana əsasən, Elxan Töhvəni təzə tikdirdiyi evə görüşə çağırır. Evin 3-cü mərtəbəsində Töhvə ilə intim əlaqədə olan zaman onu gizlicə olaraq mobil telefonun videosuna çəkir. Beləliklə, Elxanın əlində Töhvənin maddi imkanlarından daha çox istifadə etməyə şantaj imkanı olur ki, daim onu hədələsin və bütün istədiklərini həyata keçirsin.
Elxanın bitməyən tələbləri Töhvənin səbir kasasının daşmasına gətirib çıxarır. O, Elxanla intim münasibətə son qoymaq istəyir. Lakin Elxan buna razı olmur. O, Töhvəyə gizlicə çəkdiyi videonu göstərir. Videonu görən Töhvə ağlamağa başlayır. Elxan tələblərini yerinə yetirməyəcəyi təqdirdə bu videonu onun ərinə, oğluna və qohum əqrəbalarına göstərəcəyini söyləyir. Töhvə Elxana nə qədər and-aman eləsə də, Elxan videonu telefondan silmir.
Şantajdan bezən qadın killer axtarışında
Töhvə Elxanı öldürtmək qərarına gəlir. Çünki o, bu videonun və aralarında olan münasibətin bir gün ortaya çıxacağından qorxur. 2010-cu ilin yanvarında Töhvənin ərinin qohumu olan Əhməd Cəfərov ona zəng edərək 20 000 manat borc pul istəyir. Nizami metrosunun qarşısında Əhmədlə görüşən Töhvə istədiyi borc pulu ona verir. Üstündən bir ay keçəndən sonra Əhməd Cəfərov Töhvə ilə görüşmək istədiyini bildirir. Görüş zamanı şəhərin mərkəzində bir otaqlı evini və Nardaranda 3 mərtəbəli bağ evini satışa çıxartdığını söyləyən Əhməd Cəfərov Töhvəyə bu evlərin ona sata biləcəyini bildirir: “Başqası alana kimi, elə sən al da! Mənə təcili 60 000 manat pul lazımdı”.
Töhvə Əhmədin dedikləri ilə razılaşır. Onlar birlikdə əvvəlcə şəhərdəki evə, daha sonra isə Nardarandakı bağ evinə baxmağa gedir. Töhvə şəhərdəki evi bəyənməsə də, bağ evi onun xoşuna gəlir. Əhməd Töhvəyə bağ evini 250 000 manata satır. Lakin evin sənədləri Əhmədin həyat yoldaşının adına imiş. Əhməd sənədləşmə işinin 2-3 ay vaxt apardığını bildirir. Bir neçə gün sonra Töhvə Əhmədə təcili lazım olan 60 000 manatı verir. Qalan pulu isə sənədləşmə işi bitəndən sonra verəcəyini bildirir.
Töhvə Əhmədə onu ailəvi dostları olan Elxan adlı şəxsin narahat etdiyini söyləyir. Elxan barədə bir ölçü götürülməsini istəyən Töhvə Əhmədə hər şeyi açıb deyir. O, Elxanın onu pornoqrafik videogörüntülərlə şantaj etdiyini söyləyir. Əhməd Elxan barədə tədbir görəcəyini söyləyir.
2010-cu ilin may ayında Əhməd Töhvəyə oğlunu evləndirmək istədiyini bildirir və ondan 30 000 manat pul alır. Evin pulundan qalan 160 000 manatını isə sənədləşmə işi bitəndən sonra alacağını söyləyir. Töhvə Elxanın cəzalanacağı anı gözləyir. Lakin Əhməd nə bağ evini onun adına sənədləşdirir, nə də Elxanı cəzalandırır. O, Əhmədə zəng edərək bu işlərin nə yerdə qaldığını soruşur və Elxanın təcili olaraq aradan götürülməsini tələb edir. Töhvə Elxanı aradan götürmək üçün lazım olduğu qədər pul verə biləcəyini söyləyir. Əhməd onu arxayın salaraq, yaxın zamanlarda bu işlərin həll olunacağını bildirir.
Bir müddət vaxt keçməsinə baxmayaraq Əhməd evi Töhvənin adına sənədləşdirmir. O, Elxanı öldürtdürəcəyi təqdirdə onun əlinə şans düşəcəyini fikirləşir. Belə ki, Elxan öldürüləndən sonra Əhməd də Töhvəni şantaj edib ondan aldığı pulları geri qaytarmayacağını düşünür. Əhməd həm də, Töhvə ilə Elxan arasında olan münasibətləri və onlara aid olan porno videogörüntünün olduğunu bilir. Bunu ona Töhvə özü deyibmiş.
Bu fikrin ağlabatan olduğunu düşünən Əhməd Elxanı öldürtmək üçün killer axtarışına başlayır. O, bacısı oğlu Vüqar Qasımovun əli ilə İlqar Hacıyev adlı birisini tapır. Vüqar Qasımov İlqara dayısı Elxanın qohumu olan Hacıxanımın (Töhvə Məmmədova) bir adamın ölümünü sifariş verdiyini söyləyir. İlqar Elxan adlı şəxsi nə səbəbdən öldürtmək istədiyini soruşanda, Vüqar Elxanın Moskvada Hacıxanımın bir qohumunu - gənc qızı zorladığını söyləyir. Vüqar İlqara Elxanı öldürəcəyi təqdirdə 25 000 manat pul qazanacağını bildirir. İlqar bununla razılaşır.
Killerlə razılaşandan sonra Töhvə Məmmədovaya bu iş müqabilində 30 000 manat pul verəcəyi söylənilir. Bu puldan 5000 manat Vüqara çatacaqdı. Töhvə bununla razılaşır. Bircə, Elxan aradan götürülsün. O, Elxanla birlikdə Həcc ziyarətində olan zaman Məkkə şəhərində çəkdirdiyi fotoşəkli, Elxanın iş yerinin, evinin adresini və avtomobilinin nömrəsini Vüqara verir. Vüqar da həmin şəkli, adresləri və 10 000 manat pulu İlqara verir. Qalan məbləğin isə Elxan öldürüləndən sonra veriləcəyini söyləyir.
Bütün bu söhbətlər İlqarın dostu olan Fərhad Möhsininin evində aparılır. Fərhad İlqarı bu işdən yayındırmağa çalışsa da, İlqar onun sözünə qulaq asmır.
İlqar öldürməyi planlaşdırdığı Elxan Ağayevi izləməyə başlayır. O, bir neçə gün Elxanın ofisi yerləşdiyi “Caspian Plaza”ya nə vaxt gəldiyini, evdən hansı saatda çıxdığını, haralara getdiyini izləyir. Bir neçə dəfə cəhd göstərsə də, o, Elxanı şəhərin içində vura bilmir. Şəhər sıxlıq olduğundan bu cinayəti ilk əvvəl həyata keçirə bilmir.
Töhvə isə həyəcanla Elxanın aradan götürüləcəyi günü gözləyir. O, Əhmədə zəng edərək hansı səbəbdən bu işin gecikdiyini soruşur. Əhməd ona şəhər içində Elxanı öldürməyin mümkün olmadığını söyləyir və çıxış yolu kimi Elxanı Qobuya gətirilərək öldürülməsini təklif edir.
Killerlə Elxan üz-üzə
Töhvə Elxana zəng edərək onu Qobudakı tikdirdiyi evə görüşə çağırır. Killer İlqar Hacıyev isə pusquda durur. Elxan görüşə gəlir. Bu zaman Töhvə ilə Əhməd kənardan Elxanın gəldiyini görürlər və dərhal avtomobilə minib şəhər istiqamətində yola düşürlər.
Elxan avtomobilindən düşür. Ətrafda bir nəfərin olduğunu görür: bu, İlqar idi. İlqar ilk əvvəl ona yaxınlaşaraq, bu ərazilərdə torpağın bir sotunun neçəyə olduğunu soruşur. Elxan cavabında bu işlə bələdiyyənin məşğul olduğunu söyləyir. O, avtomobilinə tərəf çevriləndə İlqar “Makarov” tipli tapança ilə Elxana bel nahiyəsindən bir dəfə atəş açaraq, qaçır. Elxan yaralı vəziyyətdə avtomobilinə oturaraq özünü xəstəxanaya çatdırır. Yolda ikən o, Töhvəyə zəng edərək vurulduğunu söyləyir. Bu zaman Töhvə işin yarımçıq alındığını başa düşüb Elxanın yanına xəstəxanaya yola düşür.
Bu da son: cinayətin ardınca cəzaya doğru
İlqar isə Vüqar Qasımova zəng edərək sifarişi yerinə yetirdiyini, Elxan Ağayevi öldürdüyünü, pulun qalan hissəsinin ona çatdırılmasını istəyir. Vüqar ona Elxanın ölmədiyini, yaralı olduğunu söyləyir. Pulun qalan hissəsinin ona verilməyəcəyini bildirən Vüqar İlqardan bu barədə heç kimə bir söz söyləməməsini tələb edir.
İşin istintaqın aparan hüquq-mühafizə orqanları çox keçmədən cinayətin üstünü açır. Sifarişçi Töhvə Məmmədova, onunla bu işdə əlbir olan Əhməd Cəfərov, Vüqar Qasımov, sifarişi yerinə yetirən İlqar Hacıyev və ona bu işdə kömək edən Möhsini Fərhad tutularaq istintaqa təhvil verilir. Onlara Cinayət Məcəlləsinin 29.120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 32.5 (Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş alətləri gizlətməyi, belə alətləri almağı və yaxud satmağı qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb. İşin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cəza Məhkəməsinə göndərilib. Hazırda cinayət işinə məhkəmədə baxılır.
P.S Bu yazı təqsirləndirilən şəxslərin ittiham aktı əsasında qələmə alınıb.
Fərid ƏKBƏROV

1719