6 ayda narkotiklə bağlı 22 cinayətkar dəstə qrup zərərsizləşdirilib
Bu ilin birinci yarısında narkotraffikə qarşı mübarizədə həyata keçirilmiş sistemli tədbirlərlə, qanunsuz dövriyyədən 366 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 57 nəfərdən ibarət 22 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bunu daxili işlər nazirinin müavini polis general-leytenantı Vilayət Eyvazov daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib. Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlərlə 63 fakt aşkarlanaraq 15 nəfər cinayət məsuliyyətinə cəlb olunub, bu növ hüquqazidd əməllərin qurbanı olan 26 şəxs müəyyənləşdirilib.

511