Cabbar Savalanlıya iyulun 26-da hökm oxunacaq
22 iyul 2011 13:58 (UTC +04:00)

Cabbar Savalanlıya iyulun 26-da hökm oxunacaq

İyulun 21-də Sumqayıt Apelyasiya Məhkəməsində AXCP üzvü Cabbar Savalanlının apelyasiya şikayəti üzrə növbəti proses keçirilib.


Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımlı bildirib ki, prosesdə C.Savalanlının prosesdə hal şahidi dinlənilib. Daha sonra hakim növbəti prosesi iyulun 26-a təyin edib. Növbəti prosesdə C.Savalanlıya hökm oxunacaq.


Qeyd edək ki, C.Savalanlı narkotiklərin qanunsuz saxlanması, əldə edilməsi maddəsi ilə təqsirləndirilir. O, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar