Elmira Süleymanova həlak olan 13 yaşlı qızın anası ilə görüşüb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Tovuzun Əlibəyli kəndində erməni təxribatı nəticəsində həlak olmuş 1998-ci il təvəllüdlü Aygün Şahmalıyevanın anası, Bakıdakı Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan Elnarə Şahmalıyevaya baş çəkib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnstitutun baş həkimi və yaralı qadının müalicə həkimi ilə birlikdə E. Şahmalıyevanın müalicə olunduğu palatada onunla görüşüb, xəstənin, sağlıq durumu, ehtiyacları ilə maraqlanıb.
Müvəkkilə bildirilib ki, partlayıcı qurğunun qəlpələri ilə bud nahiyəsindən xəsarətlər almış E. Şahmalıyevanın vəziyyəti pisləşdiyi üçün o, Bakıya gətirilib. Hazırda yaralının səhhəti normallaşır.
E. Süleymanova qeyd edib ki, təcavüzkar Ermənistan öz çirkin terrorçuluq siyasətini, günahsız uşaqların qətlə yetirilməsini davam etdirir. 13 yaşlı Aygünün vəhşicəsinə qətlə yetirilməsi buna daha bir sübutdur.
Müvəkkil Aygünün Vətən uğrunda canından keçmiş şəhidlərlə, düşmən gülləsinə tuş gələrək dünyasını dəyişmiş azərbaycanlı uşaqlarla birgə heç vaxt unudulmayacağını, xatirəsinin daim əziz tutulacağını söyləyib. E. Şahmalıyeva ona baş çəkdiyinə görə Ombudsmana minnətdarlığını bildirib.
E. Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əlibəyli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ilə birlikdə A. Şahmalıyevanın yas mərasimində iştirak etmək üçün həmin kənddə olublar.

470