Qəzaya uğrayan təyyarəmizin “qara qutu”su gələn həftə Moskvaya göndəriləcək
Qəzanın araşdırma nəticələrinin bir nüsxəsi Azərbaycana, bir nüsxəsi Əfqanıstana, bir nüsxəsi isə İKAO-ya veriləcək.
Lent.az-ın məlumatına görə, bu barədə məlumatı qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov verib. O bildirib ki, “qara qutu”nun Moskvada açılıb oxunması prosesində Azərbaycan tərəfinin nümayəndələrinin də iştirakı təmin ediləcək: “Biz Əfqanıstan tərəfinə bildirmişik ki, “qara qutu”nu Moskvaya göndərəndə bizə də məlumat verin, biz öz nümayəndəmizi oraya göndərək”.
İ. Əmirov onu da açıqlayıb ki, qəzaya uğrayan təyyarədə həlak olan 4 özbək vətəndaşının “Silk Way” şirkətində işləyən pilot həmyerliləri bir müddətdir şirkətdəki işlərini dayandırıblar: “Onlar qəzadan sonra ezamiyyətə çıxmaq və ya ailələrini görmək üçün ölkələrinə gediblər”.
Anar GƏRAYLI

517