Əfqanıstanda qəzaya uğrayan təyyarə heyətinin yandığı istisna deyil
Lent.az-ın məlumatına görə, bu barədə iyulun 21-də keçirilən mətbuat konfransında jurnalistlərə nümayiş etdirilən görüntülərdən sonra bəlli olub.
İyulun 8-də çəkilən görüntülərdən aydın olur ki, qəza nəticəsində təyyarənin yalnız quyruq hissəsi, həmçinin, təkər hissəsindən bir neçə parça qalıb.
Qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib ki, güman etmək olar ki, qəzada təyyarənin içində olan texniki heyətin cəsədləri də yanıb: “Bunu sadəcə güman etmək olar, çünki orada yanan 30 ton yanacağın temperaturu o qədər yüksək olub ki, hətta təyyarənin əsas dəmir hissələrini belə yandırıb”.
İ. Əmirov deyib ki, qəza yerində aparılan çəkilişlərdə təyyarənin içində həlak olan texniki heyətin heç birinin cəsədinə rast gəlinməyib.
Anar GƏRAYLI

449