İslam Partiyası üzvlərinin vəsatəti təmin edilmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, qohumu Dəyanət Səmədov, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadə və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işinə dair məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilənlərin vəkillərinin qaldırdıqları vəsatətlər təmin olunmayıb. Məhkəmə prosesi avqustun 4-ə təyin edilib.
Qeyd edək ki, islam partiyasının üzvləri Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.
Anar GƏRAYLI

399