Qusarda oğul atasını bıçaqlayıb
Qusar rayonunda oğlu atasını bıçaqlayıb. Hadisə rayonun Xurel kəndində baş verib. 1978-ci il təvəllüdlü Bəhruz Koroğluyev atası, 1957-ci il təvəllüdlü Abdullanı bıçaqlayıb. Döş qəfəsindən bıçaq zərbəsi alan 54 yaşlı K.Abdulla xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, hazırda onun vəziyyəti yaxşıdır.
Hadisə baş verən zaman Bəhruz içkili olub. 1 il 6 ay bundan öncə Bəhruzun həyat yoldaşı onu tərk edərək gedib. Bəhruz da hər dəfə atasından həyat yoldaşını geri gətirməsini istəyib. Bəhruz ikinci qrup əlilldir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Vəli Turan

583