Altı ayda 9 ton balıq və 60 kq qara kürü müsadirə edilib
APA-nın məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən hesabat dövründə dəmir yolu, hava və su nəqliyyatında 293 cinayət hadisəsi qeydə alınıb. Onlardan 8-i sərhəd, 6-sı gömrük xidməti, 279-u DİN və Prokurorluq üzrə olan cinayətlərdir. DİN və Prokurorluq üzrə qeydə alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 16 fakt və ya 6,1 faiz artsa da, açılması 99,6 faiz təşkil edib, açılmanın göstəricisi 0,4 faiz yaxşılaşıb. Cinayətlərin strukturunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 fakt və ya 11,8 faiz artsa da, onların açılması 93,3 faiz təşkil edib. Onlardan 15-i iri miqyasda narkotiklərin satışı və daşınması, 2-si oğurluq, 1-i soyğunçuluq və nəqliyyat hadisələri təşkil edib. Yük oğurluğuna qarşı aparılan mübarizənin səmərəli təşkili nəticəsində digər MDB ölkələrinin dəmir yol nəqliyyatına hələ də xas olan belə halların qarşısı alınıb, son illər olduğu kimi, hesabat dövründə də yük qatarlarından oğurluq edilməsinə yol verilməyib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 15 təqsirləndirilən şəxsdən 13-ü tutulub, axtarışın ümumi göstəricisi 86,7 faiz təşkil edib. Ərazi polis orqanları və digər hüquq-mühafizə qurumları tərəfindən axtarılan 226 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotik vasitələrin dəmir yolu, su və hava nəqliyyatı ilə ölkəmizə gətirilməsinin və tranzitlə keçirilməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə bağlı 90 cinayət aşkar edilib. Həmin cinayətlərin tərkibində narkotik vasitələrin satışı ilə əlaqədar hadisələrin sayı 35, onların da xüsusi çəkisi narkotik cinayətlərin tərkibində 38,9 faiz təşkil edib. Keçirilmiş tədbirlər nəticəsində narkomanlığa görə məsuliyyətə cəlb olunmuş şəxslərdən ümumi kütləsi 9 kiloqram 850 qram olan narkotik vasitə götürülərək qeyri-qanuni dövriyyədən çıxarılıb.
Hesabat dövründə ümumilikdə 242 cinayət işinin istintaqı aparılıb, onlardan 162-nin istintaqı tamamlanıb, 152-si məhkəmə baxışına göndərilib. İstintaqı tamamlanmış işlər üzrə maddi ziyanın 68,1 faizi ödətdirilib. Qanunsuz saxlanılan 1 tapança, 1 ədəd «TOZ-8», 1 ov tüfəngi, 326 müxtəlif çaplı patron və xeyli digər odlu silah-sursat götürülüb. Silah-sursatın qanunsuz saxlanılması və gəzdirilməsi ilə əlaqədar 20 cinayət qeydə alınıb.
Hesabat dövründə respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması ilə əlaqədar həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 81 ekoloji cinayət və 56 inzibati xəta faktı aşkarlanıb, bu zaman 8 ton 967 kiloqram balıq, 60 kiloqram kürü, 59 qayıq, 9 mühərrik, 182 tor müsadirə edilib.

479