Dəmiryol Vağzalına bomba “qoyan” şəxsin kimliyi bəlli oldu
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, həmin şəxs əvvəlcə “Toyota” markalı avtomaşının içərisində mina olması, sonra isə Bakı Dəmir Yolu Sərnişin Vağzalına bomba qoyulması barədə məlumat verib.
Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.
DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində zəng edilən telefon nömrəsinin Qaradağ rayonu ərazisində yaşayan Laçın rayon sakini Seymur Kəlbalıyevə məxsus olması, yalan məlumatın isə onun qohumu, Pirallahı qəsəbə sakini 18 yaşlı Ağalar Heydərov tərəfindən verilməsi müəyyən edilib.
Ağalar Heydərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

461