İsrail vətəndaşlarına xəbərdarlıq etdi: Azərbaycan, Türkiyə və Gürcüstana getməyin
20 iyul 2011 14:02 (UTC +04:00)

İsrail vətəndaşlarına xəbərdarlıq etdi: Azərbaycan, Türkiyə və Gürcüstana getməyin

Lent.az-ın “İsrael national news” agentliyinə istinadən verdiyi məlumata görə, İsrail Milli Təhlükəsizlik Şurası Əks Terrorizm Bürosu (NSCCTB) vətəndaşlara fevral ayında da bununla bağlı eyni müraciət ünvanlayıb. Müraciətini yeniləyən NSCCTB biznes üçün bu ölkələrə səyahət edən İsrail vətəndaşlarına bəzi tövsiyyələr edib. Tövsiyyələrdə bildirilir ki, vətəndaşlar bu ölkələrdən gələn gözlənilməz və cazibədar biznes təkliflərinə, görüşlərə, gözlənilməz dəvətnamələrə diqqət yetirməli, araşdırmalıdırlar. Səfər etdikləri adıçəkilən ölkələrdə, xüsusilə də gecə saatları üçün dəvətlərdən, şübhəli olan otellərdən uzaq olmalı, şübhəli izləmələri hiss etdikdə yerlərini, qaldıqları otelləri və hərəkət marşrutlarını dəyişməlidirlər.

NSCCTB xəbərdarlığın yenilənməsinə səbəb kimi Türkiyə, Gürcüstan və Azərbaycanda “İsrail hədəflərinə hücum təhlükəsinin qalmasını” göstərib.

Türkiyə ilə bağlı xəbərdarlıqda “Mavi Mərmərə” olayı və Ankaranın İran ilə münasibətlərinin inkişafı da xatırladılıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar