Əsir və itkin düşmüş, girov götürülmüşlərin yeni statistikası açıqlandı
Bu ilin birinci yarım ili ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi Qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb.
24 itkinin taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 24 nəfərdən 9 nəfərinin həlak olduğu, 10 nəfərinin itkin düşmədiyi, 3 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib.
1 iyul 2011-ci il tarixə olan məlumata görə, 4043 nəfər itkin düşüb, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 473 nəfər barədə 708 sorğu göndərilib. 1000-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların “axtarış-araşdırma iş”lərinə əlavə olunub.
Respublika Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərin siyahısı müvafiq qaydada hazırlanaraq (həmçinin elektron versiyası) bu quruma göndərilib. Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən fərarilik faktı ilə bağlı barələrində cinayət işi açılmış 80 hərbçi ilə bağlı araşdırma və təhlil işi aparılmış və məlumatlar bu quruma göndərilib. Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş sorğulara əsasən, itkin düşmüş, girov götürülməsi barədə məlumatlar olan, həmçinin girovluqdan azad olunmuş qadın və uşaqlarla bağlı materiallar və məlumatlar hazırlanaraq bu quruma təqdim edilib. Azərbaycan Milli Məclisdən daxil olmuş sorğuya əsasən, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir və girov götürülməsi barədə məlumatlar və şahid ifadələri olan şəxslər barədə materiallar hazırlanaraq bu quruma göndərilib. Qurumdan daxil olmuş məlumata əsasən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) ötən tədbirlərindən birində Azərbaycan nümayəndə heyətinin üzvü çıxışında əsir və girov götürülmüş vətəndaşlarımıza dair bəzi məqamları səsləndirib. Lakin müzakirələr zamanı Ermənistan tərəfi verilmiş məlumatları təkzib edib. Azərbaycan nümayəndə heyəti isə faktları təqdim edəcəyinə təminat vermişdir.
Bu il iyunun 30-dan iyulun 2-nə kimi QDİƏT PM-in Kiyev şəhərində keçirilmiş növbəti 37 iclasında iştirak edən millət vəkilləri adı çəkilən materialları təqdim ediblər. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 195 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə olunub. İtkin düşmüş 27 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, “Heydər Əliyev fondu”na, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılmış, qaldırılmış məsələlər araşdırılıb, görülmüş işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti İcra Aparatına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib.
İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 50 sorğu icra olunub. Dövlət Komissiyasına müraciət etmiş 217 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.
22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan hərbçisi, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər də davam etdirilir. BQXK-nın məlumatına əsasən, Roman Hüseynov Ermənistan Respublikasının Yerevan şəhərində saxlanılır.

452