Qardaşı, atası və əmisinin zorladığı 15 yaşlı qızın həyat dramı
19 iyul 2011 22:14 (UTC +04:00)

Qardaşı, atası və əmisinin zorladığı 15 yaşlı qızın həyat dramı

Bu günə qədər bir çox məhkəmə prosesində iştirak edib, cinayət işlərini izləmişəm. Bu cinayət işlərinin arasında çox inanılmazları olub. Lakin indi təqdim etdiyim cinayət işi demək olar ki, izlədiyim cinayət işlərinin içində ən dəhşətlidir. Gözünlə görməsən, inanmaq istəməzsən. Məhkəmədə oturub cinayəti törədənlərin və zərərçəkənlərin dilindən iyrənc faktları eşitdikcə hansı dünyada yaşadığına və bütün bunların insan oğlu tərəfindən törədildiyinə utanırsan.


Haqqında danışacağım hadisə keçən ilin fevralında Neftçala rayonunda baş verib. Belə ki, rayon sakini 15 yaşlı G.N (adı şərtidir) mütəmadi olaraq, atası R.N və əmisi (Z.N) tərəfindən seksual zorakılığa məruz qalıb.


Lent.az bu dəhşətli cinayət işini təqdim edir.

Bu hadisəyə hansı faktdan başlayacağımı müəyyənləşdirməkdə çətinlik çəkirəm. Ata və əmi 15 yaşlı anasız qızın başına bu iyrəncliyi bir dəfə gətirsələr, yazını başqa bir dəfədən başlayardım. Lakin bu iyrənclik bir ildən çox davam edib. hələ üstəlik bu harasıdı, ibtidai istintaqı zamanı ifadə verən G.N bakirəliyinin qardaşı tərəfindən pozulduğunu söyləyib. Yəni atası və əmisindən qabaq qardaşı tərəfindən seksual zorakılığa məruz qalib.


Dünyanın sonu: qardaşı bacısına, ata qızına sataşır

G.N-nin atası və qardaşı ilə birlikdə rayonda yaşayırdılar. Anasını itirmiş G.N atasının və qardaşının qulluğunda dururdu. Günlərin birində G.N-nin özündən 3 yaş böyük olan qardaşı T.N evdə bacısı tək olan zaman onu hamamda çimərkən zorlayır. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən G.N qorxusundan bu barədə heç kəsə bir söz demir. T.N hərbi xidmətə yola düşənəcən bacısını bir neçə dəfə zorlayır. Qardaşından təzəcə canını qurtarmış 15 yaşlı qız bu dəfə atasının hədəfinə çevrilir.


Günlərin birində G.N-ya atası Z.N-nin gözü düşür. Evin təmiz olmamasını bəhanə gətirən ata qızını döyməyə başlayır. Bu zaman G.N-nin əynindəki paltar cırılır. Qızının çılpaq bədəni Z.N ağlını başından alır. O, qızına təcavüz edir. G.N nə qədər çalışsa da, atasına müqavimət göstərə bilmir. Z.N qızının bakirə olmadığını görür. Təcavüz etdikdən sonra yenidən G.N-ni döyməyə başlayır. Ondan ilk dəfə kiminlə olduğunu soruşur. Lakin G.N qorxusundan heç nə demir. Atası yenə onu döyməyə başlayır. Və beləliklə, atanının qızını zorlaması mütəmadi olaraq davam edir. Qızının bakirə olmaması Z.N-nin əlində bir bəhanəyə çevrilir.



Bir neçə müddətdən sonra Z.N-nin həbsdə olan qardaşı R.N azadlığa çıxır və onlara gəlir. Qardaşıgildə yaşayan R.N heç bir işlə məşğul olmur. Həbsdən əvvəlki avaraçılıq həyatına davam edir. Günlərin birində R.N rayon mərkəzindən evə gələrkən qardaşının mənzilindən səs-küy və ağlamaq səsi gəldiyini eşidir. Astaca içəri daxil olan R.N qardaşının G.N-ni zorladığını görür. Lakin o, qapı arxasından qardaşının bu iyrənc hərəkətinə baxaraq, heç bir söz demədən bayıra çıxır. Z.N-nin başı qızını zorlamağa qarışdığından R.N-nin gəlib-getdiyinin fərqinə belə varmır.


R.N axşamüstü evə qayıdır. Bu barədə nə Z.N-yə, nə də G.N-yə bir söz demir. Sən demə, R.N-nin də öz planı varmış, qardaşının qızına tamahı düşübmüş. O, G.N-nin evdə tək olacağı anı gözləyir. Və həmin an gəlir yetişir. Z.N rayon mərkəzinə gedən zaman R.N fürsətdən istifadə edib qardaşı qızını yatdığı yerdə zorlayır.


Atası və əmisi tərəfindən seksual zorakılığa məruz qalan G.N zorlanan zaman artıq müqavimət göstərmirdi. O, müqavimətin göstərməyin mənasız olduğunu fikirləşirdi və bu barədə söyləyəcəyi nə qonşusu, nə də yaxın bir qohumu olduğunu fikirləşərək, başına gətirilən bu bəlalara dözməkdə davam edirdi.


Namusuna toxunduğu qızını qardaşına “qısqanan” ata

Günlərin birində Z.N qardaşı R.N-nin qızı G.N ilə cinsi əlaqədə olmasının şahidi olur. Bundan çox qəzəblənən Z.N qardaşını hədələməyə başlayır. Lakin R.N bu hədələrə məhəl qoymur. G.N ilə aralarındakı münasibəti davam etdirir. Qızını qardaşına “qısqanan” ata polisə üz tutur. O, qardaşının qızı G.N-ni zorlaması ilə bağlı polisə şikayət edir. Z.N fikirləşir ki, qızı atasını satmayacaq, onsuz da əmisi həbsdə olub, bu cinayəti onun həbsə geri qayıtması üçün əsas olacaq. Z.N da qızını zorlamağa davam edəcək.


Polis tərəfindən dindirilən G.N atası və əmisi tərəfindən mütəmadi olaraq zorlandığını bildirir. G.N-nin ifadəsi əsasında ata və əmi həbs olunur. İbtidai istintaqın gedişində G.N daha bir faktın üstünü açır. O, ilk dəfə olaraq qardaşı tərəfindən zorlandığını söyləyir. Qardaşı hərbi xidmətdə olduğundan onun barəsində müvəqqəti olaraq tədbir görmək mümkün olmur. Ata ilə əminin cinayət işi birlikdə məhkəməyə göndərilir.


Məhkəməyə ifadələrində Z.N qızı əxlaqsız yola düşdüyünə görə onu cəzalandırdığını bildirir. O, G.N-nin qardaşı T.N-yə şər atdığını söyləyir. R.N isə qardaşı qızını zorlamadığını, onun istəyi ilə cinsi əlaqədə olduğunu söyləyir.

G.N məhkəməyə ifadəsində ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyir. Beləliklə məhkəmə prosesi sona çatır. Məhkəmənin hökmü ilə R.N 15 il, Z.N isə 14 il müddətinə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə azadlıqdan məhrum edilirlər.

G.N-ni ilk dəfə zorlayan qardaşı barəsində isə cinayət işi ayrı icraatda aparılır. Çox güman ki, məhkəmə onun barəsində də ədalətli qərar çıxaracaq.

P.S. Bu yazı R.N və Z.N barəsində olan cinayət işinin ittiham aktı əsasında qələmə alınıb.
Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146993

Oxşar yazılar