Rusiyada nurçuluğu yayan azərbaycanlının məhkəməsi başlayacaq
Rusiyanın Ulyanovsk Vilayət Prokurorluğu dinlərarası düşmənçiliyi qızışdırmaqda günahlandırılan Azərbaycan vətəndaşı, 34 yaşlı Rəşid Abdulovun işini məhkəməyə göndərib. Lent.az-ın “genproc.gov.ru” saytına istinadən verdiyi məlumata görə, istintaq zamanı məlum olub ki, Rəşid Abdulov Rusiyaya Türkiyədə yerləşən “Camaat Risale-iNur” Mərkəzinin rəhbərliyi göndərib.
Söhbət nurçulardan gedir. Rəşid Abdulovun qarşısına Ulyanovskda bu dini təriqətin regional şəbəkəsini yaratmaq məqsədi qoyulub. Rəşid Abdulov bu işə Ulyanovsk məscidinin 33 yaşlı imamı İlham Xisanutdinov və Ulyanovsk ali məktəblərinin birinin sənaye və mülki tikintilər fakültəsinin 24 yaşlı tələbəsi Ayrat Axtyamovu cəlb edib. Bu şəxslər əhali arasında anti-Rusiya və anti-Konstitusiya təbliğatı aparıb, insanları nurçular cərəyanına cəlb etməyə çalışıblar.
2011-ci ilin yanvarına qədər onlar cəlb etdikləri gənclərə bir mənzildə ədəbiyyat öyrədiblər. Gənclərə Səid Nursinin ideoloji baxışları təlqin olunub. Həmin ədəbiyyatlarda əhalinin kütləvi islamlaşdırılması, Rusiyanın dövlət quruluşunun dəyişdirilməsi və Böyük Xilafətin yaradılmasına çağırışlar yer alıb. Rəşid Abdulov və Ayrat Axtyamov saxlanılıblar. Məscidin imamı İlham Xisanutdinov haqqında isə federal axtarış elan olunub.

371