FHN-in xilasediciləri dənizdən 8 yaşlı uşaq cəsədi çıxardılar
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Mingəçevir su anbarında nəzarətli ərazidə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər, Sumqayıt şəhərində və Novxanı sahillərində dənizin nəzarət olunan hissəsində 2 nəfər, Xəzər dənizinin Nabran sahillərində dənizin nəzarət olunmayan hissəsində isə 7 nəfər batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Həmçinin, iyulun 17-də Xəzər dənizinin Mərdəkan sahillərində batmış 2003-cü il təvəllüdlü Məcidov Kamil Habil oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb və yaxınlarına təhvil verilib.
Bir nəfərin cəsədi isə Kür çayının Neftçala rayonu, Kürkənd kəndindən keçən ərazisində tapılıb. O, iyulun 17-də həmin ərazidə batmış 1983-cü il təvəllüdlü Babaşov Samiq Yusif oğludur.

370