Yol polisinin 30 əməkdaşı korrupsiyaya görə işdən çıxarılıb
Bu barədə APA-ya açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O, qeyd edib ki, 2011-ci ilin yanvar ayının 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlarla bağlı yanvarın 27-dən fevralın 2-dək Bakı, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt və Şirvan şəhərlərində respublika üzrə DYP qurumlarının tam tərkibdə heyəti ilə zona müşavirələri keçirilib, dövlət rəhbərinin tələbləri şəxsi heyətə çatdırılıb, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan bir daha tələb olunub. Bu ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı korrupsiya hüquqpozmalarına yol verən 30 nəfər yol polisi əməkdaşı tutduğu vəzifədən azad edilib.
459