Qəzaya uğramış təyyarə ekipajının taleyi barədə Azərbaycana məlumat veriləcək
Bu barədə APA-ya təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkəti direktorunun məsləhətçisi Adil Qasımov məlumat verib.
Onun sözlərinə görə, “qara qutu” yaxın günlərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) Moskvadakı qərargahına göndəriləcək: “Beynəlxalq konvensiyaya uyğun olaraq “qara qutu” hər iki tərəfin - həm Əfqanıstanın, həm də Azərbaycanın nümayəndələrinin iştirakı ilə açılmalıdır”.
A.Qasımov qeyd edib ki, Əfqanıstan tərəfi yaxın iki gün ərzində ekipajın taleyi ilə bağlı Azərbaycan tərəfinə məlumat veriləcəyini vəd edib: “Bizi “qara qutu”dan daha çox ekipaj üzvlərinin taleyi maraqlandırır”.
Azərbaycanın Pakistandakı səfirliyinin katibi Çingiz Qəribli isə APA-ya bildirib ki, Əfqanıstan rəsmiləri qəzaya uğramış Azərbaycan təyyarəsinin “qara qutu”sunu beynəlxalq koalisiya qüvvələrindən (İSAF) təslim aldıqlarını bəyan ediblər: “Qara qutunun” bir qədər öncə İSAF qüvvələri tərəfindən qəza bölgəsindən götürüldüyü və daha sonra Əfqanıstanın Nəqliyyat Nazirliyinə təqdim edildiyi bildirilir”.
Ç.Qəriblinin dediyinə görə, hazırda Kabildə qəzanın araşdırılması üzrə komissiyanın iclası gedir: “Azərbaycan və Əfqanıstan rəsmiləri iki məsələni - “qara qutu” yazısının oxunması və qəza bölgəsindən ekipaj üzvləri cəsədlərinin çıxarılmasını müzakirə edirlər”.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

504