Bakı Şəhər Prokurorluğunda müşavirə keçirilir
APA-nın məlumatına görə, müşavirə Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci yarısında qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunub. Müşavirədə Bakı şəhər prokuroru Əziz Seyidov hesabat məruzəsi ilə çıxış edib. O, ötən 6 ay ərzində Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra səmərəli tədbirlər həyata keçirməklə müəyyən nəticələr əldə edildiyini bildirib.
Müşavirdə həmçinin son günlər Bakı şəhərində törədilən ağır cinayət hadisələri ilə bağlı da müzakirələrin aparılacağı gözlənilir.
Müşavirdə həmçinin son günlər Bakı şəhərində törədilən ağır cinayət hadisələri ilə bağlı da müzakirələrin aparılacağı gözlənilir.
524